27 may 2025-ci il tarixində Biznes və menecment fakültəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr edilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfrans keçiriləcək.
Konfransın bölmələri və müzakirə mövzuları:
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistik infrastrukturun inkişafının regional əhəmiyyəti və perspektivləri
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın dayanıqlı inkişafının idarə edilməsi istiqamətləri
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafının marketinq aspektləri
- Kiçik və orta biznes üçün innovativ texnologiyalar və rəqəmsal həllər
Məqalələr Azərbaycan dilində qəbul edilir.
Məqalələrin qəbulu üçün son tarix: 18 aprel 2025-ci il.
Elektron poçt: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.