UNEC Ömürboyu Təhsil Mərkəzində ACCA təlimlərinə (F1-F9) qeydiyyat başlayıb. Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:
F1 – Biznesdə Uçot
 F2 – Uçotun İdarə Edilməsi
 F3 – Maliyyə Uçotu
 F4 – Korporativ və Biznes Hüquq
 F5 – Performansın İdarə Edilməsi
 F6 – Vergitutma
 F7 – Maliyyə Hesabatlığı
 F8 – Audit və Əminlik
 F9 – Maliyyə İdarə Edilməsi
F1, F2, F3, F4 imtahanları UNEC-də keçirilir, imtahanları uğurla verən iştirakçılar beynəlxalq səviyyəli ACCA SERTİFİKATI əldə edir. Digər təlimlərin imtahanı isə UNEC-də keçirilmir.
Hər bir təlim 3 ay ərzində tədris olunur. Təlimləri yüksək səviyyəli peşəkar təlimçilər tədris edir. Dərslər azərbaycan, rus və ingilis dillərində keçirilir. İmtahanlar isə yalnız ingilis dilində olur.
Dərslər həftədə iki dəfə olmaqla, saat 19:00-da başlayır.
UNEC tələbələrinə təlimlərdə 20% endirim təklif olunur.
Hər təlimin qiyməti 390 manatdır.
Təlimə qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin surətini WhatsApp-la göndərməyiniz xahiş olunur.
Qeydiyyat üçün son tarix: 25 may, 2025-ci il.
Əlaqə üçün: (012) 441 45 39
WhatsApp - (055) 806 81 22
 
															
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  