Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (PMS)” növü üzrə sertifikatlaşdırma imtahanının 1-ci mərhələsi – “Mühasibat uçotu” fənni üzrə təlim təşkil olunur.
Təlimin məqsədi:
- İştirakçıların MHBS və MUBS üzrə nəzəri və praktiki biliklərini artırmaq;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtibi bacarığını formalaşdırmaq;
- PMS imtahanının 1-ci mərhələsinə sistemli hazırlıq təmin etmək.
Təlim 15 mövzudan ibarət proqram əsasında keçiriləcək və iştirakçılara beynəlxalq mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması sahəsində nəzəri və praktiki biliklər qazandıracaq.
Təlimin tematik planı:
- Maliyyə Hesabatları üzrə konseptual əsaslar
- Maliyyə hesabatlarının təqdimatı (MUBS №1)
- Ehtiyatlar (MUBS №2)
- Müştərilərlə müqavilələr üzrə gəlirlər (MUBS №15)
- Uzunmüddətli maddi aktivlər
- Qeyri-maddi aktivlər və qudvil
- İcarələr (MHBS №16)
- Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər, şərti aktivlər.
- Hesabat dövründən sonrakı hadisələr.
- Hesablanmış xərclər, gəlirlər və qabaqcadan ödəmələr.
- Debitor borcların uçotu və hesabatda əks etdirilməsi.
- Maliyyə alətləri
- Mənfəət vergisi (MUBS №12)
- Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması və təqdimatı
- Mənfəət və zərər haqqında hesabatın hazırlanması və təqdimatı
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (MUBS №7)
- Konsolidə olunmuş maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması və təqdimatı
- Konsolidə olunmuş mənfəət və zərər haqqında hesabatın hazırlanması və təqdimatı
Əlaqə: 055806 8122; 012 441 45 39, Ömürboyu təhsil mərkəzi
Təlimçi: UNEC-in maliyyə və mühasibatlıq üzrə ixtisaslaşmış mütəxəssisləri