UNEC-in professor-müəllim heyətinin məktəblilərlə onlayn görüşləri davam edir.
Biznes və menecment fakültəsinin Biznes və logistika kafedrasının professor-müəllim heyəti Bakı şəhəri 167 saylı, 189-190 saylı və 245 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri ilə UNEC-in tanıtım layihəsi çərçivəsində onlayn görüş keçiriblər.
Görüşdə kafedra müdiri dos.Məhəmməd Əliyev şagirdlərə UNEC-də tədris olunan ixtisaslar, elektron universitet modeli, tədrisin 4 dildə olması, beynəlxalq əlaqləri, xüsusi təqaüd proqramları və s. barədə ətralı məlumat verib.
Təqdimatdan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.