Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Bakı şəhəri Nəsimi rayonu 1 və 8 nömrəli tam orta məktəblərin və 16 nömrəli Texniki-humanitar liseyin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.