UNEC-in professoru Atatürk Beynəlxalq Mükafatına layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademisiyası Mükafat Komitəsinin qərarı ilə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov Atatürk Beynəlxalq Mükafatına layiq görülüb.
UNEC-in professoru türk dünyasının elm və təhsilinə göstərdiyi ali xidmətlərinə görə təltif edilib.