Cari ilin 2-4 iyul tarixlərində Litvanın Kaunas şəhərində yerləşən Vytautas Magnus Universitetində 11-ci Beynəlxalq “Ömürboyu Təhsil və Liderlik” Konfransı (ICLEL 2025) keçiriləcəkdir.
Konfransın məqsədi ömürboyu təhsil, liderlik və bu sahəyə aid müxtəlif elm sahələrində aparılan tədqiqatların beynəlxalq müstəvidə təqdim olunması və akademik əməkdaşlıqların qurulmasıdır. ICLEL 2025 konfransı iki əsas bölmədən ibarət olacaq:
- Bölmə A: Ömürboyu təhsil, fiziologiya təhsili, dil təhsili və liderlik
- Bölmə B: Biznes, idarəetmə, iqtisadiyyat, turizm, sağlamlıq və marketinq
Konfrans hibrid formatda təşkil olunacaq və iştirakçılara aşağıdakı təqdimat növləri üzrə çıxış etmə imkanı veriləcək:
- Sözlü təqdimatlar
- Poster təqdimatlar
- Onlayn (virtual) təqdimatlar
Konfransın dili ingilis dilidir. Bununla yanaşı, kifayət qədər iştirakçı olduğu təqdirdə türk dili üzrə təqdimat qrupları da təşkil oluna bilər.