A

UNEC-in alimi Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “GUAM ölkələrində ikitəyinatlı materialların və texnologiyaların ixracına nəzarət” mövzusunda elmi seminarda iştirak edib.

UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov seminarda çıxış edib və auditoriyanın marağına səbəb olan təkliflər irəli sürüb.

Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkil etdiyi elmi seminarda GUAM ölkələrinin hökumətləri, elmi qurumların və sənaye sektorunun, eləcə də Avropa Komissiyasının, Avropa Birliyinin Birgə Araşdırmalar Mərkəzinin, Argonne Milli Laboratoriyasının və ABŞ-ın Kiyevdəki səfirliyi daxil olmaqla əllidən çox nümayəndə iştirak edib.

Avropa İttifaqının maliyyələşdirdiyi elmi seminar “Hədəfli Təşəbbüs” (Targeted İnitiative) proqramı çərçivəsində keçirilib. “Hədəfli Təşəbbüs” qeyri-maddi texnologiyanın köçürülməsi və GUAM bölgəsinin ixrac nəzarəti sistemləri üçün mütəxəssislərin yetişdirilməsinə yönələn proqramdır. Layihə çərçivəsində GUAM-a üzv olan ölkələrdə ikitəyinatlı materialların, avadanlıq və texnologiyalar üçün ixrac nəzarət sistemlərinin effektivliyinin artırılması üçün zəruri təlim və təhsil proqramlarının keçirilməsi nəzərdə tutulur.

TOP XƏBƏRLƏR