A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və PAŞA Sığorta ilə imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində təlimlər keçirilir.

UNEC Karyera Mərkəzinin, Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə  “İnsan resursları, işə düzəlmə və qanunvericilik” adlı təlim keçirilib.

Paşa Sığorta şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Sadıqov insan resursları, işə düzəlmə, kadrların idarəolunmasında emosional zəka və təqdimat bacarıqlarının vacibliyi haqqında məlumat verib və işgüzar görüşlər zamanı peşəkar imic formalaşdırması, həmçinin emosional zəka və ünsiyyətin növləri barədə bilik və bacarıqlarının necə inkişaf etdirilməsini praktiki nümayiş etdirib. Daha sonra iştirakçıların "CV”-nin qiymətləndirilməsi aparılıb və müsahibəyə hazırlıq yönümlü tövsiyələr verilib.

TOP XƏBƏRLƏR