A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Karyera Mərkəzinin və Türk Dünyası İqtisad fakültəsinin birgə təşkilatçılığı ilə siğorta işinin təşkilinə həsr olunan təlim keçirilib.

Təlimdə “Mega Həyat Sığorta" ASC-nin əməkdaşları sığorta işinin təşkili və normativ-hüquqi baza, sığorta hüququnun əsas elementləri, sığorta və maliyyə sektorları, sığorta riskləri və tarifləri, sığorta fəaliyyətinin iqtisadiyyatı, sığortanın növləri, sığorta hadisələrinin tənzimlənməsi, daşınmaz əmlakın icbari sığortası və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası barədə tələbələrə məlumat veriblər.

Sual-cavab infosessiyasından sonra şirkətin əməkdaşları ekspress-test keçiriblər. Testlərin nəticələrinə görə ən yüksək bal toplayan Türk Dünyası İqtisad Fakültəsinin tələbələrinə hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR