A

“Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin son görüşü və bağlanış mərasimi keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Maliyyə-İqtisad Kollecinin direktoru Oruc Məmmədov, "Asəf Zeynallı 20" Ərazi Partiya Təşkilatının sədri Vüqar Sərdarov və layihənin müdavimləri iştirak edib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb. Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Sonda “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin müdavimləri diplomlarla təltif olunub.

Qeyd edək ki, ümumilikdə 60 müdavimdən 43-nə diplomlar təqdim edilib. Müdavimlərdən 20-i əla qiymətlərlə, 23-ü isə yaxşı qiymətlərlə bitiriblər.

Müdavimlər sırasında UNEC THİK-in fəalları da diplomlarla təltif olunublar.

TOP XƏBƏRLƏR