Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişmələri – bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.İqlim dəyişikliyi ilə ortaya çıxmış olan problemləri və fəsadları aradan qaldırmaq üçün ölkələr birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyi üstün tuturlar. İqlim dəyişikliyi ətraf mühitə getdikcə daha böyük təsir göstərir. Səhralar genişlənir, istilik dalğaları və meşə yanğınları daha çox yayılmağa başlayır.Arktikada artan istiləşmə, əbədi donun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzunun azalmasına səbəb oldu.İqlim dəyişikliyinə səbəb olan əsas istixana qazlarına karbon qazı (CO2)və metan daxildir. Bunlar, məsələn, avtomobil sürmək üçün benzindən və ya binanı qızdırmaq üçün kömürdən istifadə etməklə yaradılır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da (Tərəflər Konfransı) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir. 2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.Bundan əvvəlki tədbir –COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, ǪHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.COP-da danışıqlar tez-tez emissiyaların azaldılması hədəflərinin müəyyən edilməsi, karbon bazarları üçün qaydaların müəyyən edilməsi, inkişaf etməkdə olan ölkələrdə iqlimə uyğunlaşma və təsirlərin azaldılması səyləri üçün maliyyə dəstəyinin təmin edilməsi və iqlim dəyişikliyinin təsirləri ilə bağlı itkilərin və zərərin aradan qaldırılması kimi əsas məsələlərə fokuslanır. COP inkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyatlara keçidinə və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək etmək üçün texnologiya transferi və potensialın yaradılması təşəbbüslərini təşviq edir. Bu səylərə ən yaxşı təcrübələrin bölüşdürülməsi, təmiz və davamlı texnologiyaların ötürülməsi, iqlim dəyişikliyini effektiv şəkildə həll etmək üçün institusional və insan potensialının yaradılması daxildir.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11- dən 22-dək Bakıda keçiriləcək.Tədbirə hazırlaşan Azərbaycan neft və qaz ixracatçısı kimi “nümunə göstərmək” üçün özünün 1.5C-yə (qlobal istiləşmə həddinin bu temperaturdan aşağı olması) uyğunlaşdırılmış milli planı üzərində işləyir.Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal məqsədlə gəlmək gözlənilir.
Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.COP-29, iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal bir forum olsa da, Azərbaycan kimi ölkələrin iqtisadiyyatı üzərində də müsbət və mənfi təsirləri olacaq. Azərbaycanın iqtisadiyyatı geniş ərazidən ibarətdir və neft- qaz sənayesi əsas iqtisadi sektordur. COP-29 və iqlim dəyişikliyi ilə bağlı qərarlar, Azərbaycanın neft və qaz sektorundakı enerji tələbatının azalmasına və enerji sahəsində alternativ enerji istifadəsinin artmasına səbəb ola bilər. Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdi
Hüseynova Fatimə
Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (UNEC)
“İqtisadiyyat və idarəetmə” fakültəsinin 2 kurs 151-ci qrup tələbəsi