A

UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzində iqlim dəyişikliyi və COP ilə bağlı maarrifləndirici tədbir keçirilib.Görüşü giriş sözü ilə açan mərkəzin direktoru Səbuhi Tanrıverdiyev  COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsinin tarixi bir hadisə olduğunu və BMT tərəfindən təşkil edilən Tərəflər Konfransının ən əsas məqsədinin iqlim dəyişikliyinə beynəlxalq diqqəti artırmaq üçün diplomatlar, dövlət başçıları və iqlim müdafiəçilərinin bir araya gətirilməsindən ibarət olduğunu bildirib.

S.Tanrıverdiyev tədbirdə Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə ciddi töhfə verən ölkə olaraq, tanınmasının onun COP29-a ev sahibliyi edə bilmək imkanının əldə etməsində əsas səbəb olduğunu, belə tanınmasının isə, ilk növbədə, bu sahədə uzun dövrdür ki, həyata keçirilən siyasət və layihələr hesabına mümkün olduğunu qeyd edib.

Görüşdə iştirak edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Fərhad Eminov Tərəflər Konfransının 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalamış və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmaq istiqamətində öhdəlik götürmüş 197 ölkəni özündə birləşdirdiyini vurğulayıb, adətən COP-un regional qruplara aid böyük və nüfuzlu dövlətlər tərəfindən təşkil edildiyini, bu səbəbdən də Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsinin onun nüfuzunun beynəlxalq aləmdə yüksək olduğunun bir daha sübutu olduğunu bildirib. 

Fərhad Eminov COP29-un ölkəmizdə keçirilməsinin indiki dövrdə Azərbaycanın yaşıl iqtisadiyyata keçid yolunda atdığı ardıcıl addımların zirvə nöqtəsi kimi qiymətləndirilə biləcəyini, tədbirin Azərbaycana qlobal gündəliyə ciddi töhfə verə bilməsi üçün əvəzsiz imkanlar təmin etdiyini, digər bir məqamın isə tədbir iştirakçılarının Qarabağda aparılan yaşıl quruculuq işləri ilə tanışlığına şəraitin yaratmasından ibraət olduğunu xüsusi vurğulayıb.

 

TOP XƏBƏRLƏR