Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platforması çərçivəsində 2025-ci ilin ilk “University Demo Day” tədbiri keçirilib.
Artıq 3-cü dəfə keçirilən tədbirdə "Sahibkarlığa Giriş" və "Əsas dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı" proqramlarının məzunları 16 biznes ideyasını təqdim edib. "Sahibkarlığa Giriş" proqramı Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində IE Business School ilə birgə hazırlanıb. "Əsas dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı" proqramı isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. 16 komanda yarışaraq, 3 komanda qalib olub.
Qeyd edək ki, tədbir gənc sahibkarların inkişafını dəstəkləmək və onların nailiyyətlərini tərəfdaşlara nümayiş etdirmək məqsədi daşıyır. Bu təşəbbüs yeni biznes ideyalarının formalaşmasına və Azərbaycan iqtisadiyyatına töhfə verməyə yönəlib.