A

Biznes və Menecment fakültəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli tərəqqi və davamlı inkişaf” adlı bölmə iclası keçirilib. 

Tədbirdə İqtisadiyyat və İdarəetmə, Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad fakültəsinin professor-müəllim heyəti ilə yanaşı, tələbələr də iştirak ediblər. 

Konfransın bölmə iclasında giriş nitqi ilə çıxış edən fakültə dekanı dos.Mirağa Əhmədov Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyət kimi Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni sahələrinin inkişafında misilsiz rolundan, eləcə də müasir Azərbaycanın dünya arenasındakı xüsusi mövqeyindən və Prezident İlham Əliyevin ölkəmizin suverenliyinin bərpa edilməsindəki xidmətlərindən danışıb.

“Biznes və logistika” kafedrasının professoru Şəfa Quliyeva “Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri”, “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi Tahirə Kərimova “Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası”, “İqtisadiyyat” kafedrasının baş müəllimi Zeynəb Qiyasova ““Azərbaycan 2030” strategiyasında süni intellektlə yeni iqtisadi modelə keçid”, “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi, i.ü.f.d. Maqsud Mirzəyev “Heydər Əliyev irsində insan kapitalının inkişafı və Azərbaycanın davamlı milli tərəqqisində elm, təhsil və innovasiyaların rolu” mövzularında çıxış ediblər. 

Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay