A

UNEC News saytı fəaliyyət müddəti başa çatan tələbə təşkilatları rəhbərlərinin fəaliyyəti barədə məlumatları təqdim edir.

UNEC-in Tələbə Elmi Cəmiyyətinin sabiq sədri Aslan Əzimzadənin fəaliyyəti dövründə qurumda aşağıdakı nailiyyətlər əldə edilib:

  1. “Re Branding” siyasəti – UNEC TEC-in loqosu UNEC-in loqosuna uyğunlaşdırılıb.
  2. Respublikada ilk dəfə olaraq xarici universitetlərin tələbə elmi təşkilatları ilə dostluq əlaqələri qurulub. (Türkiyənin Süleyman Dəmirəl Universitetinin “Siyasət və idarəetmə Cəmiyyəti”, Kilis 7 Aralık Universitetinin “Gənc Siyasətçilər Cəmiyyəti” ilə əməkdaşlıq memorandumları imzalanıb, T.Şevçenko adına Kiyev Dövlət Universitetinin “Gənc Alimlər Radası” və Belqorod Dövlət Universitetinin “Tələbə Elmi Cəmiyyəti”  ilə dostluq münasibətləri qurulub.
  3. Kafedraların nəzdində “İqtisadçı”, “Yaşıl dünya”, “Bələdçi klubu”, “Kreativ iqtisadçılar” və digər elmi dərnəklər yaradılıb.
  4. UNEC-in tarixində ilk dəfə olaraq qiyabi təhsil alan tələbələr üçün DQƏTM-in nəzdində Tələbə Elmi Cəmiyyətinin nümayəndəliyi yaradılıb.
  5. “Access Bank” və “Bank of Baku” ilə birgə layihələr hazırlanıb.
  6. MUN və MOİC kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub.
  7. UNEC-in tələbələri beynəlxalq konfranslarda iştirak edib.
  8. Azərbaycanın digər ali təhsil müəssisələrində fəaliyyət göstərən TEC-lərlə əlaqələr qurulub.
  9. “UNEC ekspertləri ilə gənc tədqiqatçıların yeni platforması: “Ekspertdən öyrən” layihəsi, “Bir müəllim – bir tələbə” formatında elmi debat, “Gənc ekoloqlar” bilik yarışı və “The 1st İSE Article” elmi məqalə müsabiqəsi kimi tələbələr arasında əks-səda doğuran layihələrə start verilib.

Ümumillikdə isə UNEC Tələbə Elmi Cəmiyyətində 2017-2018-ci tədris ili ərzində 42 layihə həyata keçirilib. Onlardan 10-u tələbə elmi konfransı 9-u dəyirmi masa, 3-ü elmi seminar, digərləri isə fənn olimpiadaları, disput, elmi debat və yarışmalar olub. Bu isə keçən ilə nisbəttə 2.6 dəfə çoxdur.

TOP XƏBƏRLƏR