A

UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqları və ticarətlə əlaqəli digər tədbirlərlə bağlı Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi tərəfindən seminar təşkil edilib.

Seminarın açılışında UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Turan Süleymanov və İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Gülçin Ələsgərova layihə haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildiriblər ki, benefisiarı İqtisadiyyat Nazirliyi olan layihənin məqsədi ÜTT-yə üzvlük və digər ticarət danışıqlarında Azərbaycan hökumətinə dəstək göstərməklə, ticarət siyasətinin gücləndirilməsi, eləcə də ticarətlə bağlı tədbirlər haqqında cəmiyyətin maarifləndirilməsinə kömək etməkdir.

Sonra layihənin rəhbəri Mario Bordalba və yerli eksperti Alidə Mahmudova tələblər üçün ÜTT haqqında, həmçinin Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı təqdimatla çıxış ediblər.

TOP XƏBƏRLƏR