A

Hesablama Palatası tərəfindən UNEC tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda 2 ay davam edən təlimlər yekunlaşıb. 

Təlimdə iştirak edən Maliyyə və Mühasibat fakültəsinin tələbələri üçün test imtahanı keçirilib. İmtahanda tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi aparılıb. Tələbələr imtahanlarda yüksək nəticələr əldə ediblər.

Növbəti mərhələlərdə tələbələrin bilik və bacarıqları yazılı formada, müsahibə yolu ilə, sonda isə Gürcüstan Dövlət Audit İnstitutu tərəfindən test üsulu ilə qiymətləndiriləcək.

Təlimlər Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində həyata keçirilib.

TOP XƏBƏRLƏR