UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin onlayn iclası keçirilib.
Departamentin direktoru, dosent Gülnarə Rzayevanın və departamentin nəzdindəki kafedraların müdirlərinin iştirakı ilə keçirilən iclasda dərslərə hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb. Həmçinin iclasda texniki dəstəyə ehtiyacı olan müəllimlər üçün əlavə dərslərin təşkil edilməsindən, yüklənən tədris materiallarının keyfiyyətindən danışılıb.