A

Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Macarıstanın Mathias Corvinus Kolleci arasında yeni əməkdaşlıq imkanları genişləndirilib.

Görüşün əsas məqsədi iki universitet arasında əməkdaşlıq imkanlarını araşdırmaq və beynəlxalq akademik tərəfdaşlığı gücləndirmək olub.

Qarşılıqlı müzakirələr zamanı beynəlxalq akademik tərəfdaşlıqların inkişaf etdirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, eləcə də təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda, müştərək tədqiqat layihələrinin yaradılması, seminarların və mühazirələrin təşkili, eləcə də akademik mübadilə proqramlarının həyata keçirilməsi kimi yeni layihələrin potensialı müzakirə olunub. 

Mathias Corvinus Kolleci ilə qurulan bu yeni əməkdaşlığın hər iki universitetin akademik mühitini zənginləşdirəcəyinə, tələbələrimizə və akademik heyətimizə daha geniş perspektivlər təqdim edəcəyinə ümid edirik.

TOP XƏBƏRLƏR