A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Əməkdaşlıq mərasimində çıxış edən UNEC rektoru professor Ədalət Muradov mərkəzin nümayəndələrinə, universitetin 95 illiyi ərəfəsində UNEC-in beynəlxalq sferada qazandığı uğurlar, eləcə də  təhsil imkanlarından və bu istiqamətdə atılan addımlar həmçinin, universitetin gələcək  layihələri haqqında ətraflı məlumat verib.

Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev məzunu olduğu universitetdə olmaqdan məmnunluq duyduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi yeni layihələr barədə məlumat verib. A.Xudaverdiyev çıxışında Mərkəzin əməkdaşlarının 37 faizinin universitetin məzunları olduğunu diqqətə çatdırıb. İmzalanan memorandumun iki qurum arasında əməkdaşlığın genişlənməsinə, əmək bazarının yüksəkixtisaslı kadrlarla təmin olunmasına böyük töhfə olacağını bildirib.

Görüşdə universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, məzunların əmək bazarına inteqrasiyası, MDM əməkdaşları tərəfindən Azərbaycanın kapital bazarları, emitentlər və investisiya şirkətlərinin münasibətləri kimi məsələlər öz həllini tapıb.

Sonda iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.

TOP XƏBƏRLƏR