A

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Respublikası Dostluq Qrupunun sədri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Doğu Akdeniz Universitetinin Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qonaq olublar.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Professor Ədalət Muradov türkiyəli qonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə ətraflı məlumat verib.

Qonaqlar UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

TOP XƏBƏRLƏR