A

UNEC-də bakalavriatura pilləsinə tələbə qəbulu ilə bağlı məsələlərin müzakirəsi məqsədilə universitetin rektoru, professor Ədalət Muradovun iştirakı ilə dekanlar və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə əsas müzakirə mövzusu UNEC-in İnkişaf Strategiyasına uyğun olaraq universitetə yüksək bal toplayan savadlı abituriyentlərin sayının artırılması olub. Bildirilib ki, bu il UNEC-də orta keçid balının əvvəlki illərlə müqayisədə daha yüksək olması universitetin əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.

Müzakirələr zamanı abituriyentlərin UNEC-ə marağının artırılması istiqamətində müxtəlif təkliflər irəli sürülüb və onların reallaşdırılması yolları müzakirə olunub.

TOP XƏBƏRLƏR