Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq daxili audit həyata keçirilib.
Audit çərçivəsində struktur vahidlərdə Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi və effektivliyi qiymətləndirilib.
İlkin mərhələdə daxili audit UNEC-in 1 saylı tədris binasında keçirilib. Audit “ISO 9001:2015 üzrə daxili auditor hazırlığı” təlimini keçmiş mütəxəssislər tərəfindən aparılıb. Proses zamanı sənədləşmə, fəaliyyət proseslərinin icrası və əməkdaşların KİS üzrə məlumatlandırılma səviyyəsi təhlil edilib.
Auditin nəticələri proseslərin daha səmərəli təşkili və keyfiyyətin davamlı inkişafı üçün müvafiq tövsiyələrin hazırlanmasına imkan verib.
Növbəti mərhələdə daxili auditin UNEC-in digər tədris binalarında da həyata keçirilməsi nəzərdə tutulur.