A

UNEC-in 2019/2020-ci tədris ilinin Azərbaycan vətəndaşları olan bakalavr məzunlarının diplomlarının hazırlanması prosesinə başlanılıb.

Xaricdə təhsilini davam etdirmək istəyən bakalavr məzunları diplomlarını daha tez almaq üçün This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına müraciət edə bilərlər.

Bakalavrların diplomları hazırlandıqdan sonra əcnəbi məzunların və magistrlərin diplomlarının hazırlanması prosesinə başlanılacaq.

2019/2020-ci tədris ilində UNEC-dən 3133 bakalavr, 1299 magistr məzun olub. Bakalavrlardan 349, magistrlərdən isə 110 məzun universiteti fərqlənmə diplomu ilə bitirib.

Əlaqə: (012) 492-68-32, Tələbə işləri mərkəzi

Məzunlarımızı təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR