A

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oktyabrın 10-da yekun vurulub.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.

06-10 oktyabr 2021-ci il tarixlərində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) uğurla təmsil olunub. UNEC stendi çoxsaylı kitabsevərlər, o cümlədən, təhsil ictimaiyyətinin nümayəndələri tərəfindən böyük maraqla ziyarət olunub.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva stenddə nümayiş olunan nəşr məhsulları ilə qonaqları tanış edib, eləcə də oxuculara təqdim edilən kitabxana-informasiya xidmətləri haqqında məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) VII Bakı Beynəlxalq Kitab Sərgisində uğurlu iştirakına görə təşkilat komitəsi tərəfindən diplomla təltif olunub.

TOP XƏBƏRLƏR