A

UNEC-də “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin həyata keçirdiyi layihənin təqdimatı Biznes və menecment fakültəsinin və Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə “Dialoq və İnkişaf Naminə” İB-nin idarə heyətinin üzvü Günay Hacıyeva layihə barədə ətraflı məlumat verib.

Sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. Milli dövlətçilik və milli-mənəvi dəyərlərin vacibliyindən söz açan Ç.Bayramov xalqımızın bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bildiyini diqqətə çatdırıb.

Tədbir Humanitar fənlər kafedrasının dosenti Telman Niftaliyev, DİNİB-in İdarə Heyətinin üzvü Vidadi Məmmədov, İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Aydın Yusifov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov,  “Şirvan” Xeyriyyə Cəmiyyətinin İctimai birliyinin sədri Aydın İsmayılovun çıxışları ilə davam edib.

Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərinin inkişafının, milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinin, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

 

TOP XƏBƏRLƏR