UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşları Pərvin Paşayeva və Jalə Heydərova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən XII World Expo Beynəlxalq Təhsil Sərgisində UNEC-i təmsil ediblər.
İki gün davam edən və dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrinin iştirak etdiyi sərgidə Azərbaycandan yalnız UNEC təmsil olunub. UNEC stendini ziyarət edən abituriyent və tələbələrə təhsil proqramları təqdim olunub, promo məhsullar verilib, eləcə də dəyirmi masalarda universitetlərarası potensial tərəfdaşlıq imkanları müzakirə edilib.