A

UNEC-in “Humanitar fənlər” kafedrasının dosenti, t.ü.f.d. Cəmilə Həsənovanın Qarabağın arxeologiyasına dair ingilis dilində yazdığı “Material Culture of the Early Bronze age of the Mil-Karabakh Region of Azerbaijan” adlı kitabı İngiltərənin Nyukasl-apon Tayn şəhərində yerləşən Cambridge Scholars Publishing (CSP) akademik kitab nəşriyyatında çap olunub.

Kitab Azərbaycanın ən qədim diyarlarından olan Mil-Qarabağ bölgəsinin Erkən tunc dövrü arxeologiyasını əhatə edir. Erkən tunc dövründə Mil-Qarabağda olan qəbirlərdən və yaşayış yerlərindən bəhs edən kitabda həmin ərazilərdən tapılmış maddi-mədəniyyət nümunələri də öz əksini tapıb. Müəllif bölgənin təbii-coğrafi şəraitinə və öyrənilmə tarixinə də kitabda yer verib.

TOP XƏBƏRLƏR