A

 moderator.az

Bir D.A.D. (Dost Akademik Dünyası) yaratmaq olar!  Global böhranlar təhsilə necə təsir edir?

COVID-19 pandemiyası iqtisadiyyatın bütün sahələrinə təsir etdi və həyat tərzimizi tamamilə dəyişdirdi. Bəşəriyyət tərəfindən qəbul edilən “lokdaun” şübhəsiz ki, hamımıza yeni şəraitdə yaşamağı öyrətdi. Və bu dövrdə bir çox sahələrdə nəinki müqavimət göstərildi, həm də yeni reallığa uyğunlaşma bacarıqları göstərildi. Pandemiya zamanı yeni çətinliklərin öhdəsindən gəlmək üçün özünüqoruma instinkti vacib olsa da, kollektiv və sürətli qərar qəbul etmənin daha əhəmiyyətli rol oynadı. Bu dövrdə ən çox təsirlənən sahələrdən biri ali təhsil sahəsini adlandırmaq olar. Üstəlik, ali təhsil, fəaliyyətini onlayn formata çevirməyə daha az hazır olanlardan biri idi. Bəzi ali təhsil müəssisələri daha çevik olub, distant təhsilə keçməyə bacara bildilər. Bunlardan ən tez uygunlaşa bilən UNEC olduğunu qeyd etmək olar. Dünyada ali təhsilini dəstəkləmək üçün həyata keçirdiyi bütün tədbirlərini və nəticələrini bütovlükdə qiymətləndirmək çətindir.

COVID-19 pandemiyası ilə mübarizə tədbirlərindən biri də bütün dünyada təhsil müəssisələrinin bağlanması olub. Bu, 2020-ci ilin aprel ayının ortalarında pik həddinə çatan görünməmiş təhsil böhranına səbəb oldu. 16-19 aprel tarixləri arasında dünyanın 190-dan çox ölkəsində məktəblər və universitetlər bağlanıb ki, bu da 2 milyara yaxın uşaq və gəncin, yəni təhsil alanların 93%-dən çoxunun çoxunun həyatına birbaşa təsir edib. Təbii ki, bütün universitetlərə “lokdaun” ciddi təsir edib. Təhsil haqqı ödənişlərini də nəzərdə tutmaq lazım. Təhsil haqqını ödəyə bilən tələbələrin sayı azaldığı üçün özəl universitetlər sağ qalmaq üçün mübarizə aparır. Böhran tələbələrin və müəllimlərin işə götürülməsindən daha çox tədqiqat sahəsində hiss olundu, cünki tədqiqatların maddi, sosial və sürətli iqtisadi nəticələr alabilmə qabiliyyəti itirilib. 

Böhranın başlanğıcında baş verən hadisələr sosial bərabərsizliyin xarakterini də dəyişdirdi. Nisbətən varlı ölkələr də böyük problemlərlə üzləşdilər. Böhranlar təhsil büdcələrinin kəsilməsinə də səbəb olur, məhz böhran zamanı təhsil sisteminin daha çox investisiyaya ehtiyac vardır. Pandemiya dövründə bəzi ölkələrdə təhsilin keyfiyyətində güzəştlərə getməli oldular. Bir neçə ölkədə ali təhsil üçün dövlət maliyyəsi kəsilib və bir çox universitetlər yaxın gələcəkdə özəl investisiyaların azalacağından qorxdular. 

Həqiqətən də, yeni iş yerlərinə və yaranan imkanlara çıxış imkanı verən təhsilə dəstək iqtisadi stimullaşdırma planlarında mühüm rol oynayır. Bir neçə ölkədə təhsil xidmətlərin təkmilləşdirilməsi pandemiya sonrası bərpa planlarının əsas komponentidir. 

İnnovativ təhsil, yaradıcılıq və adaptiv sahibkarlıq bacarıqları möhüm rol oynayır. Bu da öz növbədə təhsil, təlim-tədris sisteminin daimi təkmilləşdirilməsini tələb edir. AR Prezidentinin təhsilə xüsusi yanaşmasını və ölkəmizdə ucqar rayonlarda yaşayan təhsil alanlar üçün, və ümumən bütün bölgələrdə sürətli “internetləşmə” prosesini qeyd etmək olar. Daha az inkişaf etmiş ölkələrdə isə dünyanın güclü qurumları, böyük təşkilatlar və xüsusən dövlətlər tərəfindən dəstək göstərilməlidir.

Pandemiya qlobal akademik ictimaiyyəti distant və onlayn təhsil də daxil olmaqla yeni tədris metodlarına müraciət etməyə məcbur edib. Bu, virusun yayılması ilə mübarizə aparmağa kömək edərkən xəstəliyin mənfi emosional, fiziki, psixoloji və iqtisadi nəticələrinin öhdəsindən gəlməli olan həm tələbələr, həm də müəllimlər üçün çətin olduğunu sübut etdi. Yeni koronavirus məşğulluq, təhsil, enerji, kənd təsərrüfatı və qlobal iqtisadiyyatın digər sahələrinə, o cümlədən vətəndaşların psixo-emosional vəziyyətinə ciddi təsir göstərib.

Mövcud böhranın iqtisadi təsiri də əhəmiyyətlidir. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti hesab edir ki, COVID-19 pandemiyası qlobal iqtisadiyyatın 2021-ci ilin sonuna qədər 2% zəyifləməsinə səbəb olub. Beynəlxalq Əmək Təşkilatı isə qlobal işsizliyin 2021-ci ilin sonunadək 5,3 milyon və 24,7 milyon aralığında artacağını proqnozlaşdırıb. Ümumdünya Ticarət Təşkilatı – bu dövürdə dünya ticarətində 15-35% azalma oldugunu qeyd edib. 

İqtisadi böhran bir başa universitetlərin fəaliyyətinə çox cəhətdən təsir edir: əmək bazarına daxil olabiləcək məzunlar üçün iş imkanları azalır; təhsil haqqının ödənilməsində problemlər; dövlət qurumları qarşısında götürdüyü öhdəlikləri istənilən səviyyədə yerinə yetirməməsi; və ən əsası, psixoloji vəziyyətin dəyişməsi, müəyyən şəraitdə internete üstünlük verilməsi ilə bağlı təhsil alanların davranışının dəyişməsi. Pandemiyanın bu təsirlərin bərpası uzunmuddətli prosesdır. 

COVID-19 böhranı təhsil keyfiyyətini aşağıya doğru tendensiya davam edir. İnkişaf etmiş ölkələrdə təhsilə investisiya və maddi gəlirlərin azalmaqla inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə keyfiyyətsiz təhsil xidmətinə üz tutublar. Və bu tendensiya davam edəcəyini prognozlaşdırılır. Burda, son bir iki ildə meydana çıxan saxta online universitetlər, koleclər və s.qeyd etmək olar. 

Ümumdünya təhsildə proqnozlaşdırılan dəyişiklikləri beş kateqoriyaya bölmək olar: 

1) davamlı təhsil və tədqiqat problemlərini həll etmək üçün təcili dəyişikliklər;

2) artıq işləyən və ya növbəti bir neçə ay ərzində işlə təmin oluna bilən tələbələrin məşğulluğunu saxlamaq üçün zəruri dəyişikliklər;

3) proseslərdə, iş rejimlərində və yeni resursların inkişafında qəfil dəyişikliklər nəticəsində yaranan uzunmüddətli dəyişikliklər; 

4) valideynlərin və tələbələrin ali təhsil almaq imkanları baxımından universitetlərin iş modelində dəyişikliklər; 

5) dəyişiklik dövründə keyfiyyətli ali təhsili təşviq etmək üçün lazım olan makro səviyyəli dəyişikliklər.

Ortaya çıxan çağırışlara lazımi şəkildə cavab vermək üçün ali təhsil müəssisələri keyfiyyət, uyğunluq və cavabdehliyə diqqət yetirməlidirlər. Bunun üçün ayrı-ayrı iştirakçılar və müstəqil fəaliyyət göstərən qurumlar təhsil proqramlarının planlaşdırılması və həyata keçirilməsinin ənənəvi üsullarından imtina etməlidirlər. Böhran zamanlarında açıq, çevik və müvafiq öyrənmə sistemlərini inkişaf etdirmək üçün milli və beynəlxalq səviyyədə daha çox birgə çalışmalarına ehtiyac var.

Bununla belə, bəzi müsbət cəhətlər də var. Bir çox elmi araşdırmalar COVID-19 böhranı sonrası yeni peşələrin yaranacağı, yeni iş imkanları hesabına universitetlərə qəbulun artacağı gözlənilir. Qeyd etmək lazımdır ki, indiki böhran əvvəlkilərdən öz növü və nisbətən aşağı maddi zərərlərlə alternativ texnologiyaya əsaslanan təhsil modellərinin mövcudluğu ilə fərqlənir.

Mövcud böhran üç səbəbə görə müxtəlif ssenarilərlə davam edə  bilər: 1) insan sağlamlığı risk altında olduğundan, bir çox ənənəvi sektorlar/sənayelər tələblərin xarakterində və kəmiyyətində dəyişikliklərlə istehlakçı davranışında əhəmiyyətli dəyişikliklərlə üzləşə bilər; 2) tələbələr daha aşağı qiymətə alternativ təhsil modellərini sınadıqdan sonra ənənəvi təhsil modellərinə qayıtmaq istəməyə bilərlər; 3) əmək bazarlarında baş verən dəyişikliklər insanları başqa sahələrə keçmək üçün öz fərqli bacarıqlarından istifadə etməyə səbəb ola bilər (məsələn, aviasiya və qonaqpərvərlik menecerləri oxşar bilik, bacarıq və münasibətlərin tətbiq olunduğu sahələrdə iş üçün müraciət edə bilərlər). Bu meyarlara əsaslanan ali təhsildə həm kurrikulumda, həm də təlim modellərində dəyişikliklər olub.

Mövcud böhranı aradan qaldırmaq üçün ali məktəblər çevik hərəkət etməli, yenilikçi düşünməli və bu problemin təsirini azaltmaq üçün əməkdaşlıq etməlidir. Bu, möhüm nəticələr əldə edilməsində yeni həlli yollarının tətbiq etmək üçün öyrənmə prosesini necə planlaşdırdığımız və həyata keçirəcəyimizlə bağlı dəyişməyə hazır olmağı və düşüncə tərzini dəyişməyi tələb edir. Dünyanın bütün ali təhsil müəssisələri birgə əməkdaşlıq vasitəsilə tek təhsil platformasını “D.A.D.” yaradıb istifadə edəbilər.

Sevinc Məhsimova, UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru

 

TOP XƏBƏRLƏR