UNEC rektoru, professor Ədalət Muradov magistratura üzrə fakültələrin rəhbərləri ilə onlayn iclas keçirib.
İclasda magistr dissertasiyalarının vəziyyəti, imtahanların və müdafiənin distant təşkili ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə magistrlərin diplom müdafiələri zamanı tətbiq ediləcək güzəşt məsələləri barədə də təkliflər səsləndirilib. Magistrlərin dissertasiya işlərinin plagiat proqramından keçirilərək, müdafiəyə hazırlıq mərhələsinə gətirilməsi üçün tapşırıqlar verilib.