UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində SABAH Magistraturası “Elektron kommersiya” ixtisasının tələbələrinin özəl sektorla bağlı təcrübəsinin artırılması məqsədilə növbəti tədbir təşkil olunub.
USAID Özəl Sektora Dəstək layihəsinin beynəlxalq ticarət məsələləri üzrə mütəxəssisi Elşən Baloğlanov “Yerli məhsul və xidmətlərin ixracında istifadə oluna biləcək elektron ticarət platformaları: imkanlar, perspektivlər və problemlər" mövzusunda tələbələrə seminar keçib. Seminarda elektron ticarət, bu ticarət növünün daha da artırılması və təkmilləşdirilməsi barədə fikilərini bölüşüb. Beynəlxalq təcrübəni paylaşıb. Mühazirəçi elektron ticarətin əsasları, dropshipping və digər mövzulara da toxunub.
Sonda isə dinləyicilərin sualları cavablandırılıb, təklifləri dinlənilib.