UNEC tələbə və məzunlarının karyera inkişafına dəstək məqsədilə ənənəvi XVI KaryeraYarmarkasını təşkil edir. Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illikyubileyinəhəsr olunan yarmarka çərçivəsində 95 nüfuzlu şirkət təmsil olunacaq.

Yarmarkada iştirakçılar Azərbaycanın aparıcı müəssisə və təşkilatlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, eləcə də CV-lərini təqdim edərək işə qəbul prosesinə ilk addımı atmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində:

  • Şirkət nümayəndələri ilə tanışlıq;
  • Mövcud iş və təcrübə imkanlarının təqdimatı;
  • Yerində müraciət və ilkin seçim prosesi;
  • Peşəkar istiqamətləndirmə və şəbəkələşmə imkanları nəzərdə tutulur.

Tarix: 7 may , saat 10:00.
Məkan: UNEC əsas tədris binası (İstiqlaliyyət 6).
QEYDIYYAT

TOP XƏBƏRLƏR