A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusuna həsr olunan tədbir keçirilib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən, onun rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və Azərbaycanın müstəqilliyinin bərpası, onun qorunması yolunda atdığı qətiyyətli addımlardan danışıb. Ş.Əsgərov tədbirdə Ulu Öndərin dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini xüsusi vurğulayıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Millət vəkili Azər Badamov və UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay