A

UNEC-in İqtisadiyyat və idarəetmə, Maliyyə və mühasibat, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələri, Rus İqtisad Məktəbi, Dizayn Məktəbi, SABAH Mərkəzi, UNEC Biznes Məktəbi, Beynəlxalq İqtisadiyyat Məktəbi, Ümumi fənlərin tədrisinin təşkili departamentinin nəzdində olan kafedraların xüsusi dərslərində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.

Xüsusi dərslərdə tələbələrə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısının alınması, işğal altında olan torpaqlarımızın azad edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsi diqqətə çatdırılıb.

Dərslərdə bu ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri sayəsində ərazi bütövlüyümüzün tam təmin olunmasından, qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etməsindən də  danışılıb.

TOP XƏBƏRLƏR