A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti, i.ü.f.d. Suqra Hümbətova və “Riyaziyyat və statistika” kafedrasının dosenti, i.e.n. Vüsalə Teymurova tədqiqat aparmaq məqsədilə bir ay müddətində İtaliyanın Universita degli Studi della Campania Luigi Vanvitelli Universitetində ezamiyyətdə olublar.

Ezamiyyət müddətində hər iki universitetin əməkdaşları tərəfindən Azərbaycan–İtaliya enerji sahəsində iqtisadi münasibətlər araşdırılıb, dünya neft bazarında qiymət tərəddüdlərinin ölkələrin əsas makroiqtisadi göstəricilərinə təsiri müəyyən edilib. Həmçinin tədqiqatın əsas nəticələrinin Scopus elmi platformasında indeksləşdirilən jurnalda dərc olunması nəzərdə tutulub.

Eyni zamanda, UNEC əməkdaşları Università degli Studi della Campania Luigi Vanvitelli Universitetinin alimlərinin dəvəti ilə Università degli Studi Guglielmo Marconi Universitetində keçirilən konfransda iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay