A

UNEC-in Beynəlxalq İqtisad Məktəbində (ISE) COP29-a həsr olunmuş tədbir keçirilib.  Tədbirdə  ISE-nin  Beynəlxalq ticarət və logistika ixtisasının tələbələrinə  COP29 haqqında ümumi məlumat verilib.

ISE-nin tələbəsi Fərid Əliyev tədbirdə çıxış edərək, ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsi olduğunu bildirib.

F.Əliyev bildirib ki, Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, Azərbaycanda günəş şüalanmasının davamiyyəti 2400-3200 saata qədər müşahidə olunur.

TOP XƏBƏRLƏR