UNEC-in SABAH qruplarının maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Rəşad İbrahimzadə yaradıcılıq müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı müsabiqə “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda keçirilib.
R.İbrahimzadənin müsabiqəyə təqdim etdiyi “Nağdsız ödənişlərin həcminin artırılması yolları” mövzusunda araşdırması III yerə layiq görülüb. UNEC tələbəsi təqdimatında elektron ödəmənin əhəmiyyətini vurğulayıb, nağdsız ödənişlərin həcminin artırılması üçün stimullaşdırıcı vasitələri açıqlayıb.
Məqalə Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə uyğun meyarlar əsasında qiymətləndirilib.
Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.