Çin Xalq Respublikasına səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Gansu Karbon Emissiya Ticarət Mərkəzində (China Gansu Carbon Emission Trading Center) olub.
Geniş tərkibdə təşkil olunan görüş zamanı hər iki tərəf arasında mümkün əməkdaşlıq istiqamətləri, eləcə də UNEC-in Neytral Karbon Sertifikatının alması imkanları müzakirə edilib.
Sonda, müzakirələrin nəticə olaraq, tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən, UNEC-də karbon emissiyası üzrə müvafiq laboratoriyanın yaradılması, bu sahədə birgə tədqiqatların aparılması, universitetlərin yaşıl universitetə transformasiyasına dair vahid metodologiyanın hazırlanması və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.