UNEC-in əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan "HES-SO" Ali İdarəetmə Məktəbinin Biznesin idarə edilməsi mərkəzinin direktoru, professor Lukas Baschungin dəvətilə Ali İdarəetmə Məktəbində işgüzar görüşdə olub.
Görüşdə Nərgiz Hacıyeva UNEC-in İnkişaf Strategiyası, beynəlxalq əlaqələri, elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin HES-SO və UNEC arasında təqaüdlü tədqiqat, təcrübə və mübadilə proqramı ilə bağlı müzakirələr aparılıb.
Dəvət çərçivəsində N.Hacıyeva icveçrəli tələbələrlə də görüşüb. O, tələbələr qarşısında UNEC barədə təqdimatla çıxış edib, sualları cavablandırıb.