UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İnnovativ Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə UNECinema layihəsi çərçivəsində daha bir maraqlı film gecəsi keçirilib.
THİK-in nəzdində baş tutan tədbirdə tələbələrin səsverməsi əsasında seçilmiş “Sadece Sen” filmi nümayiş etdirilib.
Layihə tələbələrin asudə vaxtlarını daha maraqlı, mənalı və əyləncəli keçirmələrinə töhfə vermək məqsədi daşıyır.