A

UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının təşəbbüsü ilə universitetin müəllim və tələbə heyəti Abdulla Şaiqin ev-muzeyində olub.

“Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda təşkil olunan tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə UNEC-in professor-müəllim və tələbə heyətini ədibin ev-muzeyində görməkdən məmnunluğunu ifadə edib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova azərbaycançılıq, milli-mənəvi dəyərlər, tolerantlıq və vətənpərvərlik mövzusunda çıxış edib. UNEC-də bu istiqamətdə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb. 

İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli isə vətənpərvərlik mövzusunda yazan şair və yazıçıların əsərlərinin gənclər arasında təbliğ olunmasının əhəmiyyətindən danışıb. UNEC tələbəsi çıxışından sonra muğam kompazisiyası ifa edib.

Tədbirdə iştirak edən jurnalist Aida Eyvazlı türkçülüyə və Aprel döyüşlərinə həsr etdiyi “Qalibiyyət: şahidlər və şəhidlər” kitabından söz açıb. Müəllif tələbələrə və muzeyə kitablarından hədiyyə edib.

Sonra ev-muzeyinin əməkdaşları və UNEC-in müəllimləri Abdulla Şaiq yaradıcılığı barədə çıxış ediblər. Tədbirin bədii hissəsində isə istedadlı tələbələr şeirlər səsləndiriblər, muğam ifa ediblər.

TOP XƏBƏRLƏR