A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Xüsusi İstedadlar Klubunun təşkilatçılığı ilə tələbələrarası “Vətənim Azərbaycan!“ adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə bütün fakültələr üzrə 39 tələbənin rəsm əsəri onlayn formada nümayiş olunub. Üç gün davam edən müsabiqənin sonunda ekspertlərin rəyi və ən çox bəyənmə sayına görə müsabiqənin qalibi Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Gültəkin Zeynalova olub. 

Müsabiqədə II yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Nərmin Cəbrayıllı, III yerə isə Mühəndislik fakültəsinin tələbəsi Elmin Əskərzadə layiq görülüb. 

Müsabiqənin qalibləri UNEC THİK tərəfindən (I yer 100 manat, II yer 70 manat, III yer 50 manat) pul mükafatı və diplomlarla təltif ediliblər. 

TOP XƏBƏRLƏR