UNEC Yaradıcılıq Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Vicdanın hökmü” adlı tamaşa səhnələşdirib.
UNEC-in istedadlı tələbələrinin rol aldığı tamaşanın quruluşçu rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, rejissorları Vahid Orucoğlu və Nicat Tarverdiyevdi. Tamaşada rolları UNEC Tələbə Teatrının üzvləri Nicat Tarverdiyev (Rəhim), Mehdi Əhmədov (Fedya), Siyarə İsmiyeva (Güllü), Əlizamin Əhmədov (Aşot), Lamiyə Qurbanova (ana), Mehdizadə Rəvan (Kamran), Zəhra Məmmədova (Aygün), Əhdiyyə Əliyeva (əsir qız), Ələddin Süleymanov (Əhəd), Tehran Qurbanov (əsgər), Etibar Tural (Sabir) ifa ediblər.
Tamaşa Rusiyaya köçən azərbaycanlı müəllimin Xocalı faciəsindən sonra Vətəninin müdafiəsi üçün Azərbaycana geri dönməsindən və apardığı qəhrəmanlıq mübarizəsindən bəhs olunub.
Teatr Xadimləri İttifaqının Aktyorlar evində nümayiş olunan tamaşada premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkili Ceyhun Məmmədov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AZTU-nun rektoru Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, BANM-ın rektoru Elman Qasımov, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.