UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı “Yarımçıq qalmış...” tamaşası yenilənmiş quruluşda tələbələrin iştirakı ilə nümayiş olunub.
Yaradıcılıq Mərkəzinin Teatr dərnəyinin üzvləri olan UNEC tələbələrinin böyük məharət və peşəkarlıqla canlandırdıqları və 2 gün nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, Yefim Abramov və Leyla Bəyimin müəllifi olduğu “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanan “Yarımçıq qalmış...” tamaşası respublikanın bir sıra məşhur teatr səhnələrində, eləcə də Türkiyədə Əskişəhərdə keçirilən “Azərbaycan mədəniyyət və incəsənət günləri” çərçivəsində nümayiş etdirilərək, böyük coşquya səbəb olumuşdu.