A

SABAH Magistraturasında “Elektron kommersiya” ixtisaslaşması üzrə 14-22 aprel tarixlərində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin və “Be digital” şirkətinin birgə dəstəyi ilə magistrantlar üçün “Tətbiqi beynəlxalq ticarət” mövzusunda təlim proqramı təşkil olunub. 

Beynəlxalq ticarət üzrə ekspert Dr.Ayşegül Karataş magistrantlara proqram çərçivəsində “Beynəlxalq bazar araşdırması”, “Beynəlxalq ticarətdə çatdırılma üsullları”, “Beynəlxalq ticarətdə ödəniş üsulları”, “Beynəlxalq ticarət sənədləri”, “Xarici ticarət əməliyyatı tətbiqi” mövzularında təlim keçib.

Təlimdə Biznesin İnkişafı və Korporativ Əməkdaşlıq Assosiasiyasının Beynəlxalq Ticarət Şəbəkə Dərnəyinin sədri, 30 ildən artıq bu sahədə təcrübəyə sahib Özgür Koca qonaq spiker qismində iştirak edərək, öz təcrübəsini magistrantlarla bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.

Təlimin sonunda magistrantlar sertifikatlarla təltif olunub.

Layihə çərçivəsində əlavə üç praktiki təlimin keçirilməsi də nəzərdə tutulub.

TOP XƏBƏRLƏR