A

UNEC-in müəllim və tələbələri dünyanın aparıcı 10 beynəlxalq məlumat bazasına və elektron kitabxanaya çıxış imkanı əldə edib.

İstifadəçilər Mərkəzi Axtarış Sisteminə daxil olmaqla (https://adauniversity.on.worldcat.org/discovery) lazım olan resurslar üzrə axtarış edə biləcəklər. Burada elektron kitabları onlayn oxumaq, həm də beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrlə tanış olmaq mümkündür.

Sorğu üzrə nəticələri tam şəkildə əldə etmək üçün UNEC Kitabxana İnformasiya Mərkəzinin e-mail ünvanına Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. müraciət etmək olar. Müraciətlər dərhal cavablandırılacaq.

Onlayn xidmət ADA Universitetinin kitabxanası ilə UNEC Kitabxana İnformasiya Mərkəzinin qarşılıqlı əməkdaşlıq memorandumu əsasında elektron kitabxanalararası abonement vasitəsilə həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay