İyunun 13-də Heydər Əliyev Mərkəzində VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının (ISCEMR-2025) III panel sessiyası keçirilib.
“İqtisadi, ekoloji və enerji problemlərinin həlli perspektivləri və alternativ enerji resurslarından istifadə” mövzusuna həsr olunan panelin moderatoru Almaniyanın Ruhr Universitetinin İnkişaf İqtisadiyyatı və Siyasəti İnstitutunun professoru Elxan Sadiqzadə olub. Paneldə Kanadanın Kalqari Universitetinin ətraf mühitin idarə edilməsi proqramının təlimatçısı Səbina İsgəndərova, Özbəkistanın Davamlı İnkişaf Mərkəzinin İdarə Heyətinin şöbə müdiri Avazbek Xalbekov, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi Firuzə Cəfərova və “Azərenerji” ASC-nin Elmi-tədqiqat və Layihə-axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva çıxış ediblər.
Çıxış edənlər alternativ enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, ekoloji təhlükəsizlik və enerji siyasətləri, alternativ enerji mənbələrinin iqtisadi, ekoloji və texnoloji imkanları, karbon emissiyası, bərpa olunan eneji mənbələrinin istehsal və tətbiqinin ekoloji riskləri, yaşıl enerji keçidinə dair effektiv həll yolları barədə fikirlərini bölüşüblər. Həmçinin Ermənistan tərəfindən Qarabağda törədilmiş ekoloji terror və onun ekoloji hüquqi təhlillərini iştirakçıların diqqətinə çatdırblar.
Panel müzakirə sual-cavab sessiyası ilə öz işini yekunlaşdırıb.
ARB 24