A

Azərbaycan Dövlət İqtisad Universitetində dahi şairimiz Nəsiminin 650 illiyinə həsr edilən ümumrespublika turniri  keçirilib.

Rus İqtisad Məktəbi və “Turan” intellektual oyunlar klubunun təşkilatçılığı ilə keçirilən turnirdə Imadəddin Nəsimi ilə yanaşı, Azərbaycanın digər tanınmış ədiblərinə aid suallar səsləndirilib, videofraqmentlər nümayiş etdirilib.

Gərgin və maraqlı keçən bilik yarışmasında birinci yerin sahibi “Alliance” komandası olub. Ikinci yeri “Optimist”, üçüncü yeri isə UNEC tələbələri və məzunlarından ibarət “Rorşaxverənov” komandası qazanıb.

Qalib gələn komandalara kubokla yanaşı, hədiyyələr də təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay