A

Universitetlərin beynəlmiləlləşməsi və bu sek­torda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü­hitinin yaranmasına gətirib çıxarmışdır.

Digər sahələrdə olduğu kimi, uni­ver­si­tet­lər arasında da güclü rəqabət on­ların brendləşməsini zərurətə çevirmişdir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də bu istiqamətdə uğurlara imza atır. Belə ki, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə, 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyyata alınmışdır. 2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alındı.

Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınmış və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay